Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir M.Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.