Deputat qaziləri qəbul etdi

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonun bir qrup birinci Qarabağ müharibəsi veteranlarını və vətədaşları  qəbul edib. Qəbulda iştirak edən qazilərdən Qaradağ rayonu Qarabağ Qaziləri İctimai Birliyinin sədri 2-ci qrup əlil Əvəz İsmayılov, 2-ci qrup əlil Akif İbrahimov, 2-ci qrup əlil Azər Hüseynov və 2-ci qrup əlil Bəhmən Qurbanov  “Əlilliyi olan şəxslərin hüquqları  haqqında”Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun lahiyəsinə dəyişikliklərin edilməsi barədə öz təkliflərini bildirmişlər.
 

Müharibə veteranları adıçəkilən qanuna dəyişikliklərin edilməsində minlərlə Qarabağ qazisinin, on minlərlə mülki vətəndaşların hüquqlarının qorunmasının, birinci və ikinci  Qarabağ müharibəsi şəhidləri ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyinin nəzərə alınmasını xahiş etmişlər.
 

Sonra digər vətəndaşların  qəbulu keçirilmişdir. Onlar əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılması, fərdi evlərin sənədləşdirilməsi, bank sistemində vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində ciddi tədbirlərin həyata keçirilməsini və sosial təminat məsələləri ilə əlaqədar müraciətlərə həssas yanaşılmasını təklif etmişlər.
 

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
 

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.