Deputat qəbul keçirib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında Milli Məclisin deputatı Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib.

Qəbula gələn seçicilər müxtəlif mövzularda - işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi, sağlamlıq və s. müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.