Deputat şəhid ailələrinə baş çəkib

Vətən müharibəsinin ildönümü ərəfəsində Millət vəkili Əminə Ağazadə rayonun Şahsevən və İsmayıllı kəndlərində, həmçinin rayon mərkəzində şəhid ailələrini ziyarət edib. Şəhid ailələrinin qonağı olan Əminə xanım onlara dərin ehtiramını bildirib, şəhid ailələrinin sosial problemləri ilə maraqlanıb.

Göstərdiyi ehtirama görə deputata təşəkkür edən şəhidlərimizin ailə üzvləri dövlətimizin onlara göstərdiyi qayğıdan danışaraq öz minnətdarlığını bildiriblər.

Söhbət zamanı bəzi məişət problemləri haqqında Əminə xanıma məlumat verilib. Həmin məsələlər yerindəcə deputat tərəfindən müvafiq qaydada qeydə alınaraq həll edilməsi ilə bağlı tapşırıqlar verilib.

Görüşlərdə dəyərli ziyalımız, şəhidlərimizin xatirəsinə həsr edilmiş "Ölümü ömür seçənlər" kitabının müəllifi Yaqut xanım, Şahsevən kənd icra nümayəndəsi iştirak etmişlər.