Deputatdan Gənclər günü təbriki

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Millətin mövcud olması üçün onun sağlam gəncliyinin olmasi şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcək təminatı gənc nəslin yetişdirilməsindən, onun aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Bu gün Azərbaycan gənci müstəqil Azərbaycanın avanqardi, onun döyünən ürəyidir. Günümüzün Azərbaycan gəncliyi şanlı döyüş yolu keçmiş müzəffər ordunun qalıb əsgəri, ölkəsinin bu günü, sabahı, gələcəyi üçün durmadan çalışan yüksək intellektə sahib bir vətəndaşdır. Azərbaycan gənci öz tarixinin ən şərəfli və bir o qədər də mürəkkəb, çətin dovrunu yaşayır. Dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, şəhidlərimizin müqəddəs qanları ilə yuyulmuş vətən torpaqlarının müdafiəsi, işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri, ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi gənclərimizin qarşısında duran ən böyük məsələlərdəndir. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli layihələrin bütün ağırlığı gənclərimizin çiyinlərinə düşəcəkdir.

Bu yolda onlara uğurlar, yeni-yeni nailiyyətlər arzulayır, Gənclər günü münasibəti ilə hər bir Azərbaycan gəncini təbrik edirəm!

Əminə Ağazadə,
Milli Məclisin deputatı