Deputatdan müəllimlərə təbrik

Cəmiyyətdə kimliyindən asılı olmayaraq hər bir kəsin formalaşmasında, tərbiyyəsində və ən əsası uğurlarının bünövrəsində müəllim əməyi dayanır. Müəllimlər cəmiyyətin ən zəhmətkeş sinifinə aid peşə sahibləridir. Onların üstündəki təbaşir ləkələri bizim sabahımıza açılan uğurlu yolun başlanğıcıdır. Eyni zamanda müəllim nurdur. Bu nur heç zaman bitib-tükənmir, zaman keçdikcə cəmiyyətin inkişafında öz müsbət nəticəsini göstərir. Müəllim ən məsuliyyətli vəzifə üzərində işləyir - bir insan formalaşdırır. Tərbiyəçi insan ruhlarının mühəndisidir.

Bütün müəllimləri təbrik edirəm.

Bayramınız mübarək olsun əziz müəllimlər!

İltizam Yusifov
Milli Məclisin deputatı