Deputatdan şəhid ailələri və qazi ailələrinə diqqət

Millət vəkili hörmətli Etibar Əliyev şəhid ailələrinə və qazilərə mütəmadi olaraq diqqət ayırır. Bu günə qədər cənab deputatın təşəbbüsü ilə onlarla şəhid ailəsini və qazini narahat edən problemlərin müsbət həllinə nail olunub. Bu gün Etibar müəllimin tapşırığına uyğun olaraq 44 günlük Vətən müharibəsinin qazisi, Qaraçuxur qəsəbəsinin sakini Şəmistan İsgəndərovu evində ziyarət etdik. Qazi qardaşımıza cənab deputatın salamlarını çatdırdıq, müharibədən sonra keçdiyi müalicə-bərpa prosesi ilə maraqlandıq. Söhbət zamanı Şəmistan qardaşımız Bakıdakı sanatoriyalardan birində təyinatı üzrə müalicə olunmaq istədiyini bildirdi. Qazimizlə birlikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə yollandıq. Lazımi sənədləşmədən sonra Şəmistan İsgəndərovun tezliklə Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" Nevroloji Sanatoriyasında müalicə kursu keçməsinə qərar verildi. Qazimiz onu daim diqqətdə saxladığı üçün Etibar Əliyev cənablarına minnətdarlıq etdi.

Qeyd edim ki, Şəmistan İsgəndərov Cənab Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə sağlığı arzu edirik.