Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı avqustun 4-də Lənkəran şəhəri, eləcə də Lerik və Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbuldan öncə DQİDK sədri Mübariz Qurbanlı və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Lənkaran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətləri cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Mübariz Qurbanlı bölgədə fəaliyyət göstərən din xadimləri ilə görüşərək onların müvafiq istiqamətdə fikir və təkliflərini dinləyib.