Dünya nədən danışır?

El-Raya el-Qatarıya” (Qətər): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan mövzusunda sıx diplomatik danışıqlar aparır.

“El-Vatan” (Oman): Əfqanıstanda Kabil aerodromunda çıxan xaosda bir neçə uşaq həyatını itirib, bir neçəsi isə itib.

“El-Zeman” (İraq): Amerika və Avropa mənbələri Əfqanıstandakı təhliyyələrin zamanında tamamlanmasının qeyri-mümkün olduğunu bildirsə də, Taliban vaxtı uzatmağı rədd edir.

“Deutsche Welle”: Almaniya müdafiə nazirindən istefa siqnalı. Əfqanıstandakı Almaniya və yerli xidmət göstərənlərin təhliyyələrdəki gecikmələrinə görə tənqidlərin mərkəzində olan Almaniya müdafiə naziri Kramp-Karrenbauer “Qərarların məsuliyyətini götürməyə hazır olduğunu” söyləyib.

“Süddeutsche Zeitung”: Almaniya hökuməti epidemiya ilə mübarizədə indiyə qədər etibarlı olan insidans dəyərini qaldırmaq istəyir. Onun yerinə xəstəxanaların doluluq nisbətini yeni vahid olaraq diqqətə almaq istəyir.

“Tageschau.de”: ABŞ və Almaniya fövqəladə vəziyyət sığınacaqları planlayır: Əfqanıstandan çıxarılan təxminən 4 min nəfər Bavyera və Reynland-Pfaltsdakı (Rheinland-Pfalz) ABŞ hərbi bazalarında müvəqqəti olaraq yerləşdirilə bilər.

“Le Figaro”: Fransaya aparılan beş əfqan Talibanla əlaqəli olduğu şübhəsiylə nəzarətə alındı.

“Le Monde”: Fransanın Var bölgəsindəki yanğın idarə altına alındı, lakin hələ sönməyib.

“Le Parisien”: Fransa səhiyyə naziri Olivier Veranın şərhinə görə, sentyabr ayından etibarən 65 yaşdan yuxarı olanlara üçüncü doza ”Covid-19” peyvəndi tətbiq oluna bilər.

“RİA Novosti”: Beynəlxalq Maliyyə Fondu (İMF) Rusiyaya 17,5 milyard dollar məbləğində xüsusi çəkmə haqqı (SDR) təsis etdi.

“Rossiyskaya Gazeta”: Rusiya Xarici İşlər Nazirliyi: “Rusiya Ukrayna torpaqlarından qaz keçidi olmadan da hədəflərinə çata bilər”.

RBK: 2021-ci ilin yanvar-iyul dövründə 1,55 milyondan çox rusiyalı turist Türkiyəyə səyahət edib.