Dünyəvi tolerantlığın nümunəs

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Zəfər günündən sonra bu və ya digər tele-kanala müsahibələrində həm Vətən nüharibəsinin başlama səbəblərini, həm mü¬ha¬ri¬bənin gedişini, həm də Zəfərdən sonra dövlətin xarici siyasətinin istiqamətlərini şərh edir. Bunlar dövlətin bəşəri dövlət olduğunun bir daha təsdiqidir.

Fransanın “Franse - 24” televiziya kanalına müsahibəsində də Cənab Prezidentimiz təkcə fransalı tamaşaçılar üçün deyil, ümumən dünya ictimaiyyəti üçün maraqlı, düşündürücü mə¬qam¬lara toxunaraq Azərbycanın tolerant bir dövlət olduğunu, öz torpaqlarını bütün ciddiyəti ilə qorumağa qadir olduğunu bir daha bildirib. Dünya ictimaiyyəti də, Azərbaycan ərazilərinə göz dikənlər də, onun havadarları da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əli¬ye¬vin müsahibədə dediyi bir qətiyyətin, bir gerçəkliyin ifadəsini unutmasınlar: “Azərbay¬ca¬nın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qu¬rum mövcud deyil”. Bu fikir illərlə Azərbaycanın xarici siyasətinə, fizika elmində deyildiyi kimi, əlavə yük idi. Azərbaycan Ordusu xarici siyasətimizi də, azərbaycançılığı da bu əlavə yükdən xilas etdi.

“Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etmə¬yə hazır idik. Ermənilər hər zaman bunu rədd etdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müs¬təqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyat haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azər¬baycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil...”.

Azərbaycanın xarici siyasəti dünyəvi tolerantlığın nümunəsidir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı