Əbədiyyətin cığırdaşı

Türkiyədə çox geniş əraziləri əhatə edən meşə yanğınları erməniliyin yeni bir təzahürüdür. PKK-nın nəzdində fəaliyyət göstərən təşkilatlanmış təxribatçılar şəbəkəsi hardan maliyyələşir, onları PKK-dan savayı daha hansı şəbəkələr himayə edir? Bunlar aşkarlanacaq. “Araba kölgəsində yatanlar” bunu özlərinin hünəri bilməsin. Min-min illərdi türk dövləti, dövlətçiliyi, ocaq çatıb yurd olduğu ərazilərin toxunulmazlığı uğrunda mücadilədədi. Türk heç zaman canını qorumayıb, ruhunu qoruyub. Atilla, Mete, Süleyman Şah, Atatürk əyyamlarında da belə olub, indi də belədir.

Azərbaycan həmişə qardaş Türkiyənin ağrısını ağrısı, sevincini sevinci bilib. “Od düşdüyü yeri yandırar” – deyib atalar. Azərbaycan bu böyük təxribatın, təkcə Türkiyəyə deyil, bəşəriyyətə xəyanətin ağrılarını öz canında, könlündə, ürəyində hiss edir. Bircə faktı xatırlatmaq istəyirəm: Bu yanğınlarda bir maralın buynuzlarına od düşmüşdü, yanırdı. Dünya dövlətləri təkcə bu fakta görə terrora qarşı mübarizə aparanların sırasında olmalı deyilmi? Terrorun, terrorçunun Vətəni olmur. Zaman anlamında sabah bu terrorçular biganə dövlətlərə də “əl uzada” bilər, nəyinsə, nələrinsə müqabilində uzadacaq da.

Türkiyəli yanğınsöndürənlərin sırasında azərbaycanlı yanğınsöndürənlər də var. Bu yanğınlarla onlar da döyüşür. Azərbaycanda Vətən müharibəsində Zəfər qazanıldı. bu döyüşdə də qələbə qazanacaq. Bu birlik, bu qardaşlıq qələbə qazanmağa qadirdir! Türkiyə - Azərbaycan birliyi, qardaşlığı qadirliyin birliyidir, qardaşlığıdır!

Canım Türkiyəm! Azərbaycan yanındadır! Yanğınla mücadilə aparanların sırasında ruhən biz də varıq! Bu ruh əbədiyyətin cığırdaşıdı!

 

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı