Əfqanıstanda Talibanın "kölgə valisi" öldürüldü

Əfqanıstanın Nimruz əyalətində Talibanın "kölgə valisi" kimi tanınan Abid Mövləvi öldürülüb.

Bu barədə Əfqanıstan ordusu məlumat yayıb.

Taliban sözçüsü məlumatı təkzib edib.

Qeyd edək ki, dünən Əfqanıstanın Nimruz əyaləti Taliban tərəfindən ələ keçirilmişdi.