"Əfqanıstandakı sülhməramlılarımızı ordan çıxaraq"

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın Əfqanıstanda səfirlik açmaq məsələsinə toxunub. Deputat bunun çox riskli məsələ olduğunu vurğulayıb: "Ancaq Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarı varsa, buna hörmətlə yanaşırıq".

Deputat Azərbaycanın Əfqanıstanda 120 nəfərlik sülhməramlı kontingentinin olduğunu da qeyd edib: "Bildiyimiz kimi, bir çox ölkələr hərbi qüvvələrini Əfqanıstandan çıxarır. Nə qədər ki gec deyil, biz oradakı kontingentimizi çıxarmalıyıq”.