Əlcəzairdə Parlament seçkiləri- Milli Qurtuluş Cəbhəsi Partiyası öndədir

Əlcəzair (APS) - Müstəqil Milli Seçki İdarəsinin (ANİE) sədri Məhəmməd Şerfi tərəfindən elan olunan ilkin nəticələrə görə, 12 iyunda Əlcəzairdə keçirilən parlament seçkilərində Milli Xalq Məclisindəki 407 kürsüdən 105-ni Milli Qurtuluş Cəbhəsi (FLN) partiyası qazandı.

Milli Qurtuluş Cəbhəsi (FLN) partiyasından sonra Müstəqillər 78, Sülh Toplum Hərəkatı (MSP) 64, Demokratik Milli Birlik Partiyası (RND) 57, Əl-Mustakbel partiyası 48, Əl-Bina hərəkatı 40 yer qazanıb.

Çərşənbə axşamı Müstəqil Milli Seçki İdarəsinin sədri Məhəmməd Şerfinin elan etdiyi yeni Milli Xalq Məclisindəki yerlərin bölgüsü :

 

Partiyalar və müstəqillər : Yerlərin sayı :

 

  • Milli Qurtuluş Cəbhəsi (FLN) 105 yer
  • Müstəqillər 78 yer
  • Demokratik Milli Birlik Partiyası (RND) 57 yer
  • Sülh Toplum Hərəkatı (MSP) 64 yer
  • Əl-Mustakbel partiyası 48 yer
  • Əl-Bina hərəkatı 40 yer
  • Xalq Səsi Partiyası 03 yer
  • Düzgün idarəçilik partiyası 03 yer
  • Ədalət və İnkişaf Partiyası 02 yer
  • Azadlıq və Ədalət Partiyası 02 yer
  • Əl-Fəcr əl-Cadid Partiyası 02 yer
  • Yeni Əlcəzair Partiyası 01 yer
  • Əl-Karama Partiyası 01 yer
  • Cil-Cadid Partiyası 01 yer