Əli Əliyevin də partiyası fəaliyyətini dayandırdı

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Sabahinfo.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. 

"VİP "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib", - bəyanatda deyilir.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.

Onu da bildirək ki, bununla da özünü buraxan partiyaların sayı 28-ə çatıb.

Fəaliyyətini dayandıran siyasi qurumlar aşağıdaklardır:

1. Qorqud Partiyası

2. Azərbaycan Kommunist Partiyası

3. Azərbaycan Tərəqqi Partiyası

4. Vahid Azərbaycan Milli Birlik Partiyası

5. Aydınlar Partiyası

6. Müstəqil Xalq Partiyası (MXP)

7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)

8. Yeni Yol Partiyası

9. Azərbaycan Respublikaçılar Partiyası

10. Müstəqil Azərbaycan Partiyası

11. Azərbaycan Vahid Kommunist Partiyası

12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

14. Milli Vəhdət Partiyası (MVP)

15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

17. Azərbaycan Təkamül Partiyası

18. Birlik Partiyası

19. Azərbaycan Azad Respublikaçılar Partiyası

20. Milli Konqres Partiyası

21. Vətənpərvərlər Partiyası

22. Vətəndaş Birliyi Partiyası

23. Milli Demokrat-İdrak Partiyası

24. Milli Həmrəylik Partiyası 

25. Sosial Ədalət Partiyası (SƏP)

26. Cümhuriyyət Xalq Partiyası (CXP)

27. Azərbaycan Libeal Partiyası

28. Vətəndaş və İnkişaf Partiyası