“Əli Kərimlinin axşam yazdığı statuslarla bu gün yazdığı statuslar təzad təşkil edir”

“Radikal müxalifət partiyaları və nümayəndələrinin bir neçəsi siyasi partiya təmsilçiləridir. Eyni zamanda, siyasi fəallar var ki, onlar Azərbaycan dövlətinə qarşı təxribat baş verərkən Azərbaycan dövlətinə qarşı, xalqına qarşı qərəzli və ermənipərəst mövqe nümayiş etdirirlər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, buna misal olaraq xaricdə oturub erməni diasporunun maliyyəsi ilə hərəkən edən şəxsləri demək istərdim ki, onlar öz paylaşımlarında “Azərbyacan Ermənistana təcavüz etdi”, “Azərbaycan Ermənistanın sərhədlərini keçdi” kimi başlıqlar verir: "Təbii ki, bunları edənlər erməni millətidir və onların maliyyəsi ilə hərəkət edən, siyasi terrorla məşğul olan bu cür insanlardır. Biz bunu mütləq şəkildə gördük. Hesab edirəm ki, hər bir azərbaycanlı bu prosesləri izləyir. Əli Kərimlinin axşam yazdığı statuslarla bu gün yazdığı statuslar təzad təşkil edir. “Niyə Azərbaycan ordusu Kəlbəcəri almadı, filan yeri almadı” ifadələrini işlədən Ə.Kərimli bu gün bildirir ki, Azərbaycan ordusu dayanmalıdır, təxribatlara qarşılıq verməməlidir. Bunu ona görə deyir ki, Paşinyan devrilməsin. Bu cür erməniyə xidmət edən şəxslərə dəstək verilmədiyi üçün də əhalini, camaatı qınayırlar. Axı bu cür vətən xainlərinə necə dəstək olmaq olar? Bu adamlar başa düşmürlər ki, onlar siyasətin çirkabındadırlar. Düşünürəm ki, bu gün Azərbaycan ordusunu pisləyən, Azərbaycan Ordusunu təcavüzkar adlandıran şəxslərin özü elə ermənidir. Onlar pul qarşılığında öz mənəviyyatını, şəxsiyyətini itirən şəxslərdir, erməni diasporasının əlaltılarıdır. Qeyd edirəm ki, Azərbaycan xalqı bu cür insanlara öz yerini bildirməlidir. Sosial şəbəkələrdə onları gördüyümüz zaman vətən xainləri olduqlarının unutmamalıyıq”.