Əliabbas Salahzadə aidiyyatı qurumlara müraciət edəcək

YAP Sabunçu Rayon Təşkilatının qərargahında Ramana qəsəbə sakinləri ilə görüş keçirdik.

Görüş zamanı qəsəbə sakinlərini narahat edən problemləri dinlədik. Problemlər sırasında məşğulluq və işsizlik, yolların bərpası və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndirildi. Sakinlərimizin müraciətini diqqətlə dinləyib qeydiyyata götürdük . Qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda tərəfimizdən aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.

Əliabbas Salahzadə
Milli Məclisin deputatı