Əmanətlər üzrə illik faiz dərəcəsi yeni qaydalarla nə vaxtdan hesablanacaq?

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin fevralın 24-dən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar (Protokol №52) qəbul edib. Fonddan Trend-ə bildirilib ki, fevralın 24-dək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanət hesab olunur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqları 24 fevral 2015-ci il tarixindən hesablanır.