Əməkdar artistdən İlhamə Quliyeva ilə bağlı maraqlı etiraf

Əməkdar artist Nüşabə Ələsgərli mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraf edib.

Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ələsgərli "Elgizlə izlə" proqramında danışıb. O, bahalı ad günü hədiyyəsini İlhamə Quliyevadan xəstəxanada adığını bildirib:

"Gecə vaxtı idi, İlhamə Quliyevanın ad gününə brilyant üzük aparmışdım. Sonra mənim ad günüm oldu, o isə xəstəxanada idi. Baş çəkməyə getmişdik. Uzanmışdı, mənə dedi ki, o çəkməcəni aç. Açanda gördüm ki, çox bahalı qızıl var. Dedi ki, onu götür, sənin ad gününə gələ bilmədim, bu hədiyyəni o vaxtdan alıb, sənin üçün saxlamışam".