Emin Hacıyev qəbul keçirdi

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahımızda Milli Məclisdə təmsil etdiyim 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin seçiciləri ilə növbəti görüşümüz keçirildi. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, problemləri ilə maraqlandım. Seçicilərimiz tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təminat və sosial məsələlərlə bağlı müraciətlər oldu. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlər isə səlahiyyətlərimiz çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradıldı.

Emin Hacıyev 
Milli Məclisin deputatı