Əminə Ağazadəyə vəzifə verildi

Oktyabrın 28-də MDB PA- nin Hüquqi məsələlər üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

İclasda komissiyanın sədri və sədrin müavini seçilib. Milli Məclisin deputatı Əminə Ağazadə yenidən MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib. Sonra gündəliyə çıxarılmış “Müqavilə hüququ (ümumi müddəalar) haqqında” model qanun layihəsi nəzərdən keçirilib, “Maliyyə sazişləri haqqında”, “Öhdəliklərin yerinə yetirilməsi qaydaları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Fondlar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kiber cinayətkarlıqla mübarizə haqqında” model qanun layihələri üzərində aparılan işlər müzakirə edilib, həmçinin MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun, onun filial və nümayəndəliklərinin əsasnamə layihələrinə baxılıb.