Emoməli Rəhmon  Azərbaycana gələcək

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı deyib.

“Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm”, - dövlət başçısı bildirib.