Türkiyənin iştirakı olmadan Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin legitimlik qazanması çətin olar.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg“ə müsahibəsində deyib.
“Fələstinlə dərin tarixi əlaqələrimizi, İsraillə təhlükəsizlik və diplomatik kanallarımızı və NATO ölkəsi kimi regional nüfuzumuzu nəzərə alsaq biz bu cür missiya üçün açar ölkə rolundayıq. Bizim siyasi iradəmiz aydındır. Türkiyə Qəzzada davamlı sülhün təmin edilməsi üçün istənilən məsuliyyəti öhdəsinə götürməyə hazırdır”, - Ərdoğan vurğulayıb.