Ərdoğandan dollar toplantısı

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Bildirilibki, Kritik toplantıda son dövrlər valyuta məzənnələrində baş verən dəyişkənlik və bunun iqtisadiyyata təsirinin qiymətləndiriləcəyi gözlənilir. Mərkəzi Bankın dollar qiymətlərinə birbaşa müdaxilələri və nəticələri müzakirə olunacaq.

Dollar, Avro və qızıl qiymətlərindəki dalğalanmalardan istifadə edən hədsiz qiymət artımları və səhmdarlar da Nazirlər Kabinetinin iclasında müzakirə mövsusu olacaq.