Ermənilər "Davay do svidaniya"nı oğurladı

İki azərbaycanlı qardaşın ifa etdiyi "Tı kto takoy, davay dosvidaniya” meyxanasını ermənilər oğurlayıblar.  Erməni vətandaşı Manvel Paşayan adlı müğənni Ehtiram və İntiqam qardaşlarının "Tı kto takoy, davay dosvidaniya” adlı meyxanasını oğurlayıb. 
 
Erməni ifaçı və bir neçə müğənni hansısa bir şənlikdə azərbaycanlı qardaşlara məxsus meyxananın "Tı kto takoy, davay dosvidaniya”dan başqa bütün sözlərini dəyişdirib rus, erməni və azərbaycan dilində ifa ediblər.
 
"Tı kto takoy, davay dosvidaniya” Manvel Paşayanın ifasında 
 
Meyxananın müəllif hüquqlarına sahib olan İnqiqam Rüstəmov bildirib ki, ermənilər həmişə olduğu kimi oğurluqla məşğul olurlar. 
 
"Onların burunlarından gəlsin. Dədə-babadan oğrudurlar onlar. Onların heç musiqisi olub ki?! Torpaqları oğurladıqları kimi musiqimizidə oğurlayırlar. Başqa millətlər oxuyanda xeyir dua veririk amma ermənilər kimi oğrulara vermirik" 
 
İntiqam və Ehtiram qardaşlarının "Davay Dosvidaniya" ifası "Youtube” internet portalında yerləşdirilən qısa müddətdə Azərbaycandan kənarda da məhşurlaşıb. Azərbaycanda toyların birində lentə alınan bu meyxananı artıq bir neçə millyon insan izləyib. 

 
"Ti kto takoy, davay dosvidaniya” kəlməsi qısa müddətdə internet vasitəsi ilə yayılan və milyonların dilinə düşən kəlməyə çevrilib. Meyxana müəllifləri Ehtiram və İntiqam Rüstəmovlar isə Rusiyanın birinci kanalı daxil olmaqla, bir neçə televiziya kanalının və radio studiyaların qonağı olublar.