"Ermənistan qədər dünyada ikinci bir terrorist, vəhşi, barbar nə xalq, nə də dövlət var”

“Azərbaycan dövləti dini ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanın pozulmasına görə Ermənistanı beynəlxalq ədalət məhkəməsinə verib. Azərbaycanın Ermənistanı məhkəməyə verməyə haqqı var. Çünki Ermənistan bütün dönəmlərdə azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə, bir sıra ayrı-seçkilik hərəkətlər edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı soyqırım törədib, nifrət hissini yaradıb: “Bu da dövlət səviyyəsində və hazırkı hakimiyyət səviyyəsində keçirilir. Bu hansısa qeyri-hökumət təşkilatı, siyasi partiya və ya gənclər təşkilatı formasında deyil. Bu, Ermənistan hakimiyyəti tərəfindən birbaşa həyata keçirilir. Azərbaycan tərəfi artıq bir ildir ki, Ermənistan tərəfindən bu ayrı seçkiliyin aradan qaldırılmasına çalışır. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi günü-gündən azərbaycanlılara qarşı ayrı-seçkilik həyata keçirir. Biz bunu bütün dövrlərdə görmüşük. Azərbaycanlıların tarixi torpağı olan Göyçə, Zəngəzur mahalı, Vedi, Zəngibasar, İrəvan və digər ərazilər azərbaycanlılara aiddir və tarixi Azərbaycan torpaqlarıdır. Lakin azərbaycanlılar həmin torpaqlarından didərgin düşüblər”.

Politoloq həmçinin qeyd edib ki, bütün dövrlərdə Ermənistanın hakimiyyətində təmsil olunan vəzifə sahibləri və səlahiyyətli şəxslər azərbaycanlılara qarşı irqi ayrı-seçkilik yaradırlar və öz vətəndaşlarında azərbaycanlılara qarşı nifrət formalaşdırıblar: “Buna görə də dünyanın heç bir ölkəsində və ölkələrində bu problem olmayıb. Azərbaycan da haqlı olaraq dəfələrlə beynəlxalq məhkəmələrə müraciət edib və bu nifrətin, bu ayrı-seçkiliyin dayandırılmasının və Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalara əməl etməsini, ona uyğun davranmasını tələb etmişdir. Təəssüflər olsun ki, bu ayrı-seçkilik hələ də davam etməkdədir. Düşünürəm ki, beynəlxalq ədalət məhkəməsi əgər həqiqətən də ədalətli olacaqsa, müəyyən analiz, monitorinqlər aparacaqsa və onda görəcəklər ki, bu gün Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında Ermənistan dövlətinin və onun terrorçu hərbçilərinin törətdiyi vəhşilikləri görsələr bir daha anlayacaqlar ki, Ermənistan qədər dünyada ikinci bir terrorist, vəhşi, barbar nə xalq, nə də dövlət var”.