Ermənistanda yenidən zəlzələ baş verdi

Ermənistanın Şirak vilayətində daha bir zəlzələ baş verib.

Bu gün səhər saatlarında baş verən zəlzələ ocaqda 4-5 bal gücündə olub. Ətraf ərazilərdə zəlzələ 3-3,5 bal gücündə hiss edilib.

Qeyd edək ki, bu, son günlər Şirak ərazisində baş verən 3-cü zəlzələdir.