Fatehlərin bizlərə əmanət qoyduğu şəhər!

Şuşa düşündüymüzdən də daha böyük əzəmətə və sevgiyə malikdir! Yol boyu bir neçə xoş məqama şahid olduq. Zəfər yolunun inşası üçün orada çalışan insanların əzimkarlığı, peşəkarlığı, bir-birinə olan xoş münasibəti və s. hər birimizdə gözəl ovqat yaratdı. Eyni zamanda işğaldan azad olunan ərazilərimizdə sürətlə aparılan qurucululuq işləri bizləri heyrətləndirdi! Erməni vandalizminə məruz qalmış doğma torpaqlarımızda cənab Prezidentin tapşırığına əsasən ən müasir formada quruculuq işləri aparılır! Təşəkkür cənab Prezident! Həmin ərazilərdə fəaliyyət göstərən bizim mərd, igid polis əməkdaşları, hərbiçilərimiz və digər hüquq-mühafizə orqanlarının əməkdaşları sanki göz bəbəkləri kimi qoruyurdular Şuşamızı və digər doğma torpaqlarımızı! İnsan baxdıqca, həqiqətən qürur hissi keçirir. Orada xidmət aparan polislərə, hərbiçilərə baxanda düşünürsən ki, Şuşanı və digər işğaldan azad olunan torpaqlarımızı Şəhidlərimiz və qazilərimiz öz canları bahasına azad etdikdən sonra sanki onlara əmanət qoyub gediblər, yəni ürəklə sahib çıxıblar doğma torpaqlarımıza! Əhsən sizə!

Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Sizin haqqınız ödənməz!

Bir də ki, yol boyu bir məsələyə şahid olduq və beynimizdə olan informasiyaları daha da dəqiqləşdirə bildik ki, necə vəhşi və şərəfsiz bir insan-xalq olasan ki, o torpaqları, orada olan tikililəri elə vəziyyətə salasan: Dini və memarlıq abidələrini, yaşayış evlərini, qəbristanlıqları bir insan, bir xalq niyə o, günə qoysun??! Yəni bunları hansı insan, hansı xalq edə bilər ki?! Bu vəhşiliyi ancaq terrorçular, insanlıqdan çıxmış, qudurmuş, barbar bir xalq olan erməni xalqı və terrorist erməni dövləti edə bilərdi və təəssüf ki, edib! Ancaq biz nikbinik və öz Ali Baş Komandanımıza, öz əsgərimizə inanırıq, xalqımıza güvənirik birliyimizin əbədi olacağına əminik! İşğaldan azad olunan torpaqlarımız öz keçmişindən də daha yaxşı vəziyyətə gətiriləcək və o, ərazilərimiz daha da inkişaf edəcəkdir!

PS. Bu cür səfərlərin təşkil olunması üçün tapşırıq verən cənab Prezidentə hər birimiz təşəkkür edirik! Səfərləri uğurla və peşəkarcasına təşkil etdiyinə görə əziyyəti olan hər kəsə "Çox sağol" deyirik!

Ramiz Alıyev