Fazil Mustafa komitə sədri oldu

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

Sabahinfo.az xəbər verir ki, deputat Fazil Mustafa komitəyə sədr seçilib.

Bu barədə spiker Sahibə Qafarova məlumat verib. Plenar iclas zamanı layihə səsverməyə qoyularaq qəbul edilib.

Deputat Ülviyyə Ağayeva isə komitənin sədr müavini seçilib.

Qeyd edək ki, komitənin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabr ayında dünyasını dəyişib.