Fələstindən BMT-yə İsrail çağırışı

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur Baş katib Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Volkan Bozkır və Hindistanın BMT-dəki daimi nümayəndəsi Tirumurtiyə məktub ünvanlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Fələstinli diplomat İsrailin qanunsuz siyasət və təcrübələrinin davam etməsi nəticəsində Şərqi Qüds də daxil olmaqla, Fələstin ərazilərindəki kritik vəziyyət ilə əlaqədar beynəlxalq ictimaiyyətin səssiz qaldığını, qadınlar, uşaqlar və günahsız insanların öldürülməsinə qarşı heç bir tədbir görmədiyini bildirib.