"YAŞAT"maq ücün yaşamalıyıq!"

Möhtərəm Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında Fərman imzalayıb.Bu Fərman eyni zamanda, dövlətin xüsusilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir.Bu Fondun yaradılması sözügedən ailələrin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlərə əlavə dəstək olmaqla yanaşı, cəmiyyətimizdə birlik və bərabərliyin, yardımlaşma ruhunun daha da güclənməsinə mühüm töfhə verəcək.
Əziz xalqımız bu kimi məsələlərdə hər zaman həssaslıq nümayiş etdirib, humanitar təşəbbüslərin dəstəklənməsində fəal rol oynayıb.Ona görə də mən bütün dostlarımı yüksək amallara xidmət edən və cəmiyyətimiz tərəfindən layiqincə qiymətləndirilən "YAŞAT" Fonduna dəstək olmağa çağırıram. "YAŞAT"maq ücün yaşamalıyıq! "YAŞAT"maq yaşamaqdır!

İqbal Məmmədov
Milli Məclisin deputatı