İltizam Yusifov: "Hümanist atəşkəs Ermənistan üçün şansdır"

Tarixdə olan müharibələrə nəzər salanda görünən odur ki, tərəflər hümanitar atəşkəs elan edir. Bu atəşkəs müharibənin qızıl qanunlarından biridir. Hazırda Rusiya Prezidenti Putinin təşəbbüsü ilə sentyabrın 27-də Ermənistanın başladığı və Azərbaycanın Rəşadətli Ordusu tərəfindən həyata keçirilən əməliyyatlarda atəşkəs elan olunub. Bununla yanaşı onu da deyə bilərik ki, 11 saatlıq görüşü ən çox arzulayan və istəyən Ermənistan bu atəşkəsə əməl etmir. Elan olunan atəşkəs vaxtından  bu yana mövqelərimiz durmadan atəşə tutulur. Düşmənin bu addımına hər zaman olduğu kimi layiqli cavab verilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, düşmən onlara verilən şansı da itirir. Onlar qaçdığı yerə daha tez çatmaq istəyirlər. Dağlıq Qarabağ torpağından üzü sulu getmək istəməyən düşmən it kimi o yerləri tərk etmək niyyətindədir. Bunu onlara şanlı ordumuz yaşadır. 
Bir daha onu qeyd etmək istəyirəm ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə hərbi əməliyyatların bərpa olunması hər zaman çox çəkməyəcək və bu dəfə Şuşa, Kəlbəcər eləcə də Laçın həsrətimizə son qoyulacaq. Ali Baş Komandan xalqa müraciətində bir sıra önəmli məsələlərə toxundu. Cənab Prezident qeyd etdi ki, təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Bu fikirlər bizim qələbə ruhumuza yeni nəfəs verir. Qarabağ Azərbaycandır!
İltizam Yusifov
Milli Məclisin deputatı