Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.

sabahinfo.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, liderlər münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar:

"Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edilib. Bu kontekstdə, ilk növbədə, ATƏT-in Minsk qrupu formatında gələcək əməkdaşlığın konkret parametrləri nəzərdən keçirilib".