Qadının arxasında gizlənmək erməni kişilərinə xas olan bir adətdir - DEPUTAT

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenə də işğal olunmuş ərazilərimizə qanunsuz səfər edib. Bu dəfə o, hərbi forma geyinərək və əlinə silah alaraq hərbi təlimdə iştirak edib.

Bununla bağlıSonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün ermənilər kimi qorxaq ikici bir xalq yoxdur:

"Nikol Paşinyan yaxşı bilir ki, artıq erməni xalqı onun yalan vədlərinə inanmır və onun baş nazir postunu tərk etməsini istəyir. Məhz buna görə də o, Dağlıq Qarabağ kartından istifadə edərək, itmiş nüfuzunu bərpa etməyə çalışır. Bunun üçün də o, müxtəlif təxribatlara əl atır. Lakin hər təxribatında biabırçı məğlubiyyətə uğrayaraq geri çəkilməli olur.

Əlbəttə ki, hər dəfə Nikol Paşinyan məğlubiyyətləri ilə həm özünü həm də erməni xalqını dünya ictimaiyyəti qarşısında biabır etmiş olur. Bu gün cənab prezidentimizin uğurlu siyasi diplomatiyası sayəsində bütün dünya artıq Ermənistanın işğalçı və vandal bir dövlət olduğunu artıq bilir.
Nikol Paşinyan özü də Azərbaycanın qarşısında gücsüz və aciz olduğunu dərk etməkdədir. Məhz buna görə də ermənilərə xas olan bir addım atır.
Yəni düşdüyü çətin vəziyyətdən çıxmaq üçün Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı qabağa verərək iyrənc planlarını reallaşdırmağa çalışır. O, arvadına hərbi geyim geyindirib, əlinə silah verməklə bir daha sübut etdi ki, Ermənistanda Azərbaycan ordusu ilə vuruşacaq kişi yoxdur. Bu, təbii ki, bizi təcübləndirmədi. Çünki qadın arxasında gizlənmək erməni kişilərinə xas olan bir adətdir. Onlar hər zaman qadınlarının arxasında gizlənərək Azərbaycan ordusunun qəzzəbindən qorunmağa çalışırlar".

Deputat qeyd edib ki, ermənilər heç vaxt Azərbaycanla təkbətək vuruşmağa cürət etməyiblər:

"Hər zaman hansı qüvvələrin və dövlətin arxasında gizlənərək öz təxribatlarını reallaşdırmağa çalışıblar. Lakin yenə iyrənc planlarını reallaşdıra bilməyiblər. Çünki bu gün Azərbaycan dövləti və ordusu 1990-cı ilin əvvəllərində olduğu kimi gücsüz və başsız deyil. Bu gün Azərbaycan dövlətinin cənab İlham Əliyev kimi güclü, dövlətinə, xalqına bağlı dövlət başçısı və Ali Baş Komandanı var.
Azərbaycan ordusu bu gün güclü 50 ordu sırasındadır. Ordumuzun hərbi texniki bazası və döyüş qabiliyyəti Ermənistan ordusundan qatbaqat çoxdur.
Ən önəmlisi isə ermənilərdən fərqli olaraq dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda düşünmədən canından keçməyə hazır olan Mübariz İbrahimov, Fərid Əhmədov və Polad Həşimov kimi vətənpərvər, mərd oğullarımız var. Ermənistan da bunu yaxşı bilir. Məhz buna görə də hər zaman himayədarlarının arxasından güc şousu göstərməyə çalışır".