Spiker: “Azərbaycan daha da güclənir, qüdrətli ölkə olur”

"Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci il dönümüdür”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova "Twitter” hesabında yazıb.

"Ulu Öndəri böyük hörmət və həsrətlə yad edirik. Onun əsasını qoyduğu güclü Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında günbəgün daha da güclənir, qüdrətli ölkə olur”, - deyə paylaşımda qeyd olunub.