Ərdoğan: “Azərbaycan dastan yazmağa davam edəcək”

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi mücadilənin bitməsi mənasına gəlmir.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın mübarizəsində başlanğıcdan bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub.

"Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə həmişə böyük öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimini əsas tutmuşuq. Qazi Mustafa Kamal Atatürk "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyib. Bu anlayışla Qarabağı 30 il sinəmizdə yara etdik. Bu gün isə bu yaranın sağalmasının sevincini paylaşmaq üçün bir yerdəyik.

Azərbaycanın torpaqlarını azad etməsi mübarizənin bitməsi demək deyil. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

Qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin vəsiyyətini yerinə yetirib. Azərbaycan qardaşım İlham Əliyevin liderliyi ilə dastan yazmağa davam edəcək”, - deyə Ərdoğan vurğulayıb.