Ərdoğan bu gün Bakıya gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Azərbaycana səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, Ərdoğanın səfəri iki gün davam edəcək.

Türkiyə liderinin sabah Bakıda keçiriləcək Zəfər paradında iştirakı gözlənilir.

Məlumata görə, Türkiyə Prezidenti Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə iki ölkə arasındakı münasibətləri, eyni zamanda Qarabağdakı son vəziyyəti müzakirə edəcək.

Bundan əlavə, görüş zamanı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulması müzakirə olunacaq. Danışıqlar zamanı, həmçinin Türkiyə və Azərbaycanın birlikdə atacaqları addımlar nəzərdən keçiriləcək.