Ərdoğan sabah Bakıya gəlir

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Azərbaycana səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, Türkiyə lideri mətbuata açıqlamasında Azərbaycanın paytaxtında mərasimlərə qatılacağını bildirib.

Qeyd edək ki, Ərdoğanın dekabrın 10-da Azərbaycanda keçiriləcək Qələbə paradında iştirakı gözlənilir.