Sahibə Qafarova: "Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı"

Dekabrın 10-da Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

MM sədri bildirib ki, Zəfər paradı Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdirməklə, bir daha dünyaya mesaj verdi ki, Azərbaycan öz haqqını, hüquqlarını, ərazi bütövlüyünü müdafiə etməyə qadirdir.

"Türkiyənin bizimlə birgə olmasının çox dərin mənası var. Bu, bir millət, iki dövlət prinsipinin daha bir təsdiqidir".