Tərtər rayon sakini Sərxan Əliyev 6,12 kq marixuananı satarkən tutulub.
Bu barədə Modern.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Sərxan Əliyev 6 kiloqram 120 qram marixuananı rayon ərazisində satarkən tutulub.