ABŞ-dan Azərbaycana dəstək

Amerika Birləşmiş Ştatları Avropa Birliyinə Transxəzər qaz kəmərinin inşası layihəsinin reallaşmasına tam dəstək verəcəyini bildirib.

Bunu ABŞ-ın energetika naziri Ernest Morits bəyan edib.
 
"Biz alternativ mənbə kimi Xəzər qazının Avropaya nəqlinin təmin edilməsi planını tam dəstəkləyirik. Avropa Komissiyası bazarın nizamlanması və Avropaya yanacağın tədarükünün diversifikasiyası ilə bağlı enerji təhlükəsizliyi sahəsində etirazını bildirir”, - deyə o vurğulayıb.