Gəncədə azyaşlının əli ətçəkən maşında qalıb. sabahinfo.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 azyaşlının əlinin ətçəkən maşında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının əlini məişət avadanlığından çıxarıblar.