İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri
Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev bu gün saat 1030
- 1100 radələrində Bakı
Ağır Cinayətlər Məhkəməsinin məhbusların müvəqqəti saxlanma yerində monitorinq
keçiriblər.
Komitənin mətbuat katibinin Moderator.az-a verdiyi
xəbərə görə, məhbusların müvəqqəti saxlanılma yerində su daimi olur,
havalandırma sistemi normaldır, təmizliyə ciddi riayət olunur.
Monitorinq zamanı bir neçə təqsirləndirilən şəxslərlə-yeniyetmələrdən:
Heydərov Emin Əli oğlu və Rzayev Eyvaz Rəfael oğlu ilə, orta yaşlılardan-Məmmədov
Mehman İbrahim oğlu, Şahbazov Elxan Lətif oğlu, Verdiyev Zakir Əjdər oğlu və
digərləri ilə görüşüb söhbətlər aparıblar.
Təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin
məhbusların müvəqqəti saxlanılma yeri ilə bağlı heç bir irad və şikayətlərinin
olmadıqlarını bildiriblər.