Bakı sakinləri bir-birini bıçaqladı

Qaradağ rayonunda sakinlər arasında insident yaşanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumata görə, insident iyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirib.

 

Onlar xəstəxanaya yerləşdirilib. V.Bağırovun vəziyyəti orta-ağır, R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.