Yaponiyadan olan oyun həvəskarı özünün "Twitter" səhifəsində tanınmış "Minaaxtaran" (Minesweeper) oyununda ən çətin mərhələni keçdiyini yazıb.
sabahinfo.az lent.az-a istinadən bildirir ki, gənc 77 bombanı zərərsizləşdirə bilib.
Bu nəticəni əldə etmək üçün istifadəçiyə 10 il vaxt lazım gəlib. Gənc oğlan qeyd edib ki, artıq bu çətin dövr arxada qalıb. Yaponiyalı oyunsevərin dərc etdiyi şərh iki sutka ərzində 34 min retvit və 27 min layk toplaya bilib. İctimaiyyət onu bu nailiyyətlə təbrik edib.
"Minaaxtaran" oyunu məntiqi oyunlar sırasına daxildir. Onun əsas məqsədi bütün minaları keçməklə bütün xanaları açmaqdır.
Bu ilin yay aylarında "Microsoft" korporasiyası məlumat dərc edib ki, "Minaaxtaran", "Kart" oyunları "Windows" əməliyyat sisteminin əsas versiyalarında yüklənmə paketlərinə daxil edilib.