DB və Azərbaycan çoxmilyonluq saziş imzaladı

Dünya Bankı (DB) və Azərbaycan hökuməti "Məcburi köçkünlərin rifahının yaxşılaşdırııması" (IDP, Living Standards and Livelihoods) layihəsi üzrə 66,7 milyon dollar həcmində əlavə maliyyələşdirmə haqqında saziş imzalayıblar.

sabahinfo.az  bildirir ki, bunu Trend-ə bankın yerli ofisindən deyiblər.

DB-nin Direktorlar Şurası layihə üçün əlavə maliyyəni iyunun 17-də təsdiqləyib. Azərbaycan hökumətinin layihədə iştirak payı 11,83 milyon dollardır (vergi ödənişlərinin qarşılanması üçün).

Bankın yerli nümayəndəliyindən əlavə maliyyələşdirmə çərçivəsində vəsaitin ayrılması müddətini dəqiqləşdirməyiblər.