Füzulidə yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Füzuli rayonu, Alxanlı kəndi ərazisində 300 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.