Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb. sabahinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Aşağı Əbdürrəhmanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 80 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub.