Hamısı qovuldu

"Apple" korporasiyası pilotsuz avtomobil layihəsi ilə məşğul olan bir neçə şöbəsini bağlayıb və onlarla əməkdaşı işdən kənarlaşdırıb.

Sabahinfo.Az lent.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb. Əməkdaşlara bildirilib ki, qərar avtonom avtomobil layihəsinin yenilənməsi ilə əlaqədardır. "Apple" hələlik rəsmi şərh verməyib.
 
Qəzet yazır ki, "Titan" kod adlı layihədə çalışan əməkdaşların ixtisarı şirkətin layihənin həyata keçirilməsində çətinliklərlə üzləşdiyini göstərir. Son iki ildə "Apple" layihəyə qoyulan sərmayənin həcmini artırıb, lakin tərəqqiyə nail ola bilməyib. Bununla yanaşı, şirkətin bir neçə avtonom nəqliyyat vasitəsini sınaqdan keçirməyə başladığı xəbər verilir.