Son araşdırmalar sayəsində iflic xəstəliyinin müalicəsində xeyli irəliləyiş müşahidə olunub. Belə ki, həkimlər araşdırma zamanı onurğa beyni üzərində təcrübələr aparıblar. Nəticədə bəlli olub ki, onurğa beyninin bərpası üçün alternativ üsullar mövcuddur. Bu vaxta qədər həkimlər birbaşa çıxış yolu kimi əməliyyatı seçirdilər və nəticədə onurğa beyni tam bərpa olunmurdu. Əməliyyatın uğursuzluğu nəticəsində isə, həm həkimlər, həm də xəstənin ailə üzvləri ümidlərini kəsirdilər. Lakin indi ilk öncə, onurğa beynindəki problemlər araşdırılır. Sonra isə, xüsusi məşğələlər sayəsində bu problemlər az da olsa, kiçildilir.
sabahinfo.az deyerler.org-a istinadən bildirir ki, daha sonra əməliyyat yoluna əl atılır. Təbii ki, bu əməliyyatın nəticəsi əvvəlkindən daha rahat və uğurlu olur. Bu proses zamanı ən önəmli cəhət məşğələləri düzgün çatdırmaq və tətbiq etməkdir, çünki onlar adi fizioterapiyadan çox fərqlənir və daha uğurlu nəticələr əldə etməyə imkan verir.
Araşdırmanın ilk mərhələsində 5 kişi sağalmağa doğru irəliləmişdi. Daha sonradan bu say ona çatdı. Bu isə, olduqca böyük və faydalı nailiyyətdir. Bu tapıntılar sayəsində bir çox insanın həyatı qurtulacaqdır.